Operativ Məlumat Mərkəzi

Azərbaycan könüllüləri zəlzələdən zərərçəkən uşaqlara dəstək göstərir

3 dəq
Paylaş:
Azərbaycan könüllüləri zəlzələdən zərərçəkən uşaqlara dəstək göstərir
Azərbaycan könüllüləri Türkiyədəki zərərçəkən uşaqlara dəstək verir. Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə Azərbaycan Gənclər Fondundan məlumat...

Azərbaycan könüllüləri Türkiyədəki zərərçəkən uşaqlara dəstək verir.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Qeyd olunub ki, böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələninin yaratdığı kədəri Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz və xalqımız faciənin ilk saatlarından səfərbər olub.

Qardaş ölkə ilə dostluğumuzun və həmrəyliyimizin təcəssümü olaraq zərərçəkənlərə kömək etmək məqsədilə Türkiyəyə yollanan Azərbaycan könüllüləri Kahramanmaraş və Hataydan sonra Adıyamana da gedərək fəaliyyət zonasını genişləndirib, bu ərazilərdə yerli əhali, habelə həssas vəziyyətdəki uşaqlara dəstək üçün müxtəlif xidmətlər həyata keçiriblər.

Ötən gün ərzində, azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində zərərçəkənlərə xidmət göstəriblər. Həmçinin, könüllülərimiz səhər vaxtı yerli əhaliyə səyyar şəkildə isti içkilər paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə müvafiq yardımları çatdırıb, o cümlədən kəndlərə səfər edərək yardımların aparılmasında fəal şəkildə iştirak ediblər. Həmçinin, zəlzələdən zərərçəkmiş sakinlərin yaşayışı üçün əlavə çadırlar quraşdırılaraq istifadəyə verilib.

Şübhəsiz ki, təbii fəlakətdən ən çox təsirlənənlər isə bu faciənin kəskin travmalar buraxdığı uşaqlardır. Zəlzələdən zərər çəkənlərin, xüsusilə də uşaqların müsbət əhvali-ruhiyyəyə ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan könüllüləri tərəfindən uşaq bağçası kimi yaradılmış üç çadırda xidmət həyata keçirilib, o cümlədən kədər, itki və qəmginliyi olan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar təşkil ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər