Əsas məzmuna keç

Azərbaycan İrandakı səfirliyinin əməkdaşlarını və ailə üzvlərini təxliyə edir

Azərbaycan İrandakı səfirliyinin əməkdaşlarını və ailə üzvlərini təxliyə edir

bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə müsahibəsində deyib. O söyləyib ki, səfirlik əməkdaşlarının...

Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata xain terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatda bildirilir.

"Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək", - bəyanatda vurğulanıb.

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə müsahibəsində deyib.

O söyləyib ki, səfirlik əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…