Operativ Məlumat Mərkəzi

ATƏT Ukraynaya onlarla insan göndərə bilər

2 dəq
Paylaş:
ATƏT Ukraynaya onlarla insan göndərə bilər
bu barədə İsveçrənin xarici işlər naziri İqnazio Kassis açıqlama verib. Nazirin sözlərinə görə, 1 yanvar 2026-cı ildə ATƏT-ə sədrlik etməyə başlayacaq...

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynada mümkün atəşkəs razılaşması əldə olunacağı halda ölkəyə qısa müddətdə onlarla müşahidəçi göndərməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İqnazio Kassis açıqlama verib.

Nazirin sözlərinə görə, 1 yanvar 2026-cı ildə ATƏT-ə sədrlik etməyə başlayacaq İsveçrə təşkilatın atəşkəs şəraitində oynaya biləcəyi rola artıq hazırlaşır. O bildirib ki, ATƏT atəşkəs xəttini izləmək, müşahidə aparmaq və seçkilərə nəzarət etmək kimi funksiyaları yerinə yetirmək imkanına malikdir.

“Bu baxımdan artıq konkret mülahizələr mövcuddur: təşkilat bir neçə onlarla insanı tez bir zamanda göndərə bilir”, – deyə Kassis “SonntagsBlick” qəzetinə müsahibəsində deyib.

Bununla belə, o vurğulayıb ki, hazırkı cəbhə xəttinin uzunluğu 1300 kilometrdir və ATƏT-in bütün xətt boyunca müşahidə aparması mümkün deyil. Nazir hesab edir ki, bunun üçün iştirakçı dövlətlərin daha geniş dəstəyi tələb olunacaq.

Kassis xatırladıb ki, Ukraynada əvvəlki ATƏT missiyası nə Moskvanı, nə də Kiyevi qane edib. Onun sözlərinə görə, Ukrayna tərəfinin mövqeyində müəyyən dəyişikliklər müşahidə olunur.

Rusiya isə təşkilatın roluna skeptik yanaşır. Dekabrın 4-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, ATƏT-in Ukraynada davamlı sülh prosesinə töhfəsini funksional hesab etmir və hazırda monitorinq missiyası yerləşdirmək barədə danışıqların mənasız olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər