Əsas məzmuna keç

Arda Gülər “Real”da ilk oyununa çıxacaq

Arda Gülər “Real”da ilk oyununa çıxacaq

yayda bonuslarla birlikdə 30 milyon avroya “Fənərbaxça”dan Madrid “Real”ına transfer olunan 18 yaşlı futbolçu yeni komandasında ilk oyununa çıxacaq....

Arda La Liqada debütə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bonuslarla birlikdə 30 milyon avroya “”dan “Real”ına transfer olunan 18 yaşlı futbolçu yeni komandasında ilk oyununa çıxacaq.

Paytaxt klubunun Amerika toplanışı zamanı zədələnən futbolçu 6 həftəlik fasilədən sonra intensiv məşqləri bərpa edib. Mərkəz yarımmüdafiəçisi La Liqanın VII turu çərçivəsində keçiriləcək “Las Palmas”la ev oyununda iştirak edəcək. Baş məşqçi Ançelottinin türk futbolçunu matçın ikinci hissəsində meydana buraxması gözlənilir.

Qeyd edək ki, Arda sabiq komandası ilə 51 matçda 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…