Almaniya prezidenti Frank Valter Ştaynmayer ifrat sağçı ekstremistlərin milyonlarla əcnəbini ölkədən deportasiya etmək planlarına reaksiya verərək ekstremistlərin ideologiyası Almaniya üçün təhlükəli olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ştaynmayer birlik və iş dünyası nümayəndələri ilə görüşdən sonra verdiyi açıqlamada demokratiyanı qoruduğuna və ifrat sağa qarşı durduğuna görə iş dünyasına və birlik nümayəndələrinə təşəkkür edib.
İfrat sağçıların milyonlarla insanı deportasiya etmək planları ilə bağlı xəbərlərin insanı oyandırdığını vurğulayan Ştaynmayer Almaniyada yüz minlərlə insanın sağ ekstremistlərə qarşı küçələrə çıxdığını, bununla da sağ ekstremistlərin ölkədə axtarılmadığını göstərdiyini bildirib.
Ştaynmayer qeyd edib ki, cəmiyyətdə narahatlıq və qeyri-müəyyənlik var və ifrat sağçı ekstremistlər cəmiyyətdə bu qorxulardan sui-istifadə edirlər.
Almaniya prezidenti: "Ekstremistlərin ideologiyası ölkəmiz üçün təhlükədir"
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Digər
Digər
Tramp: İran ya danışıqlara gedəcək, ya da görünməmiş problemlərlə üzləşəcək
Digər
Tramp: İrandakı nüvə materiallarının çıxarılması çətin proses olacaq
Digər
ABŞ-İran danışıqlarında kritik mövzular: Hörmüz boğazı “qırmızı xətt”ə çevrilir
Digər