Əsas məzmuna keç

Almaniya Prezidenti: Azərbaycan 2022-ci ildə qaz təchizatında bizə kömək edib

Almaniya Prezidenti: Azərbaycan 2022-ci ildə qaz təchizatında bizə kömək edib

2022-ci ildə Rusiya qazının təchizatında fasilələr yarandığı zaman Almaniyanı lazımi həcmdə qazla təmin etmək öhdəliyini üzərinə götürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edən Almaniya Prezidenti Frank-Valter deyib.

O, ölkələr arasındakı münasibətlərin tarixini xatırladaraq, alman şərabçılarının kənd təsərrüfatının bu sahəsinin inkişafına əhəmiyyətli töhfə verdiyini, Almaniya şirkətlərinin neft hasilatında və enerji sisteminin yaradılmasında iştirak etdiyini qeyd edib.

"Azərbaycanda çoxlu sayda alman yaşayıb. Tarixə nəzər salmaq çox vacibdir", - bildirib. O vurğulayıb ki, tarixi əlaqələr ölkələr arasındakı mövcud münasibətləri anlamaq üçün çox vacibdir.

F.Ştaynmayer qeyd edib ki, Azərbaycanda alman dilinin öyrənilməsinə və Almaniyada təhsilə böyük maraq var: "Buna görə də biz təhsil və elm sahələrində əməkdaşlığımızı genişləndirməliyik".

Almaniya Prezidenti həmçinin qarşılıqlı iqtisadi əlaqələrin perspektivlərini və hər iki ölkənin hüquq normalarına sadiqliyini diqqətə çatdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…