Əsas məzmuna keç

Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib - 24.12.2023

Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib - 24.12.2023

Aleksandr Lukaşenko dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, dövlətçilik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Prezident...

Belarus Respublikasının Prezidenti dekabrın 24-də Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Aleksandr Lukaşenko dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan və Belarus prezidentləri arasında ikitərəfli dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluqlarını bildirib, gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…