Əsas məzmuna keç

Aİ İsrailin Qəzzaya humanitar yardımın daxil olmasına məhdudiyyət qoymasını pisləyir

Aİ İsrailin Qəzzaya humanitar yardımın daxil olmasına məhdudiyyət qoymasını pisləyir

Avropa İttifaqının (Aİ) Xarici Siyasəti üzrə Ali Nümayəndəsi , İsrailin humanitar yardımların ölkəyə girişinə qoyduğu məhdudiyyətləri pislədiyini bildirib və İsraili mövcud girişləri asanlaşdırmağa, bütün qapıları açmağa və humanitar dəhlizə icazə verməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Fevralın 29-da Qəzzada yardım gözləyən fələstinlilərə İsrailin hücumu ilə bağlı Borrell ofisindən verilən yazılı açıqlamada hadisənin işıqlandırılması üçün araşdırma tələb olunub.

"Bu ciddi insident göstərir ki, humanitar yardımın ölkəyə girişinə qoyulan məhdudiyyətlər aclığa və xəstəliyə kömək edir, eyni zamanda, zorakılıq da gətirən çarəsizliyin səviyyəsini ortaya qoyur. Davamlı döyüşlər və beynəlxalq humanitar hüquqa məhəl qoyulmaması tamamilə çöküşlə nəticələnib. Bu, humanitar yardımın paylanmasını qeyri-mümkün edib və xaosa gətirib çıxaracaq”, - deyə məlumatda qeyd edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…