Əsas məzmuna keç

AHİK-in qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edilib - YENİLƏNİB

AHİK-in qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edilib - YENİLƏNİB

qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı...

Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub.

Sonra İlham Əliyevin növbədənkənar seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in bəyanatı oxunub.

***

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin növbədənkənar Prezident seçkilərində prezidentliyə namizədliyinin dəstəklənməsi irəli sürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu təklifi AHİK sədri Səttar Möhbalıyev təklif səsləndirib.

Qurultay iştirakçıları təklifi yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar keçiriləcək.

Xatırladaq ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Artıq Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Bundan başqa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev müstəqil olaraq prezidentliyə namizədliklərini irəli sürüblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…