Operativ Məlumat Mərkəzi

Administrasiya: Türkiyə təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radardan itib

1 dəq
Paylaş:
Administrasiya: Türkiyə təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radardan itib
bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib. Məlumata əsasən, təyyarə həyəcan siqnalı verməyib. "Administrasiya beynəlxalq...

Türkiyəyə məxsus C-130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib.

Məlumata əsasən, təyyarə həyəcan siqnalı verməyib.

"Administrasiya beynəlxalq protokola tam uyğun olaraq, hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib. Hazırda Gürcüstanın müvafiq qurumları ilə birgə axtarış-xilasetmə işləri aparılır", məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər