Suriyanın paytaxtı Dəməşqdəki ABŞ səfirliyində uzun müddətdən sonra ABŞ bayrağı yenidən qaldırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Suriyanın "SANA" agentliyi məlumat yayıb.
Mərasim iqamətgahın yenidən açılması üçün təşkil olunmuş rəsmi proqram çərçivəsində keçirilib.
ABŞ-ın Dəməşqdəki səfirliyi 2012-ci ildə təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırıb və əməkdaşları təxliyə edilib.
Səfirlik iqamətgahının necə istifadə ediləcəyi və fəaliyyətinə başlanılıb-başlanılmayacağı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.