Operativ Məlumat Mərkəzi

ABŞ İranla mübahisələrin diplomatik yolla həllinə hazırdır

1 dəq
Paylaş:
ABŞ İranla mübahisələrin diplomatik yolla həllinə hazırdır

ABŞ İranla fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarı olmaqla yanaşı, müxtəlif ssenarilərə də hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu bəyanatla Dövlət Departamentinin mətbuat xidmətinin direktoru Temmi Bryus çıxış edib.

“İran kimi bir ölkə ilə rəftar etmək və razılığa gəlmək üçün çoxlu müxtəlif yollar var. Ancaq diplomatiya vacibdir, bunu Dövlət Departamenti ABŞ prezidenti Donald Trampın vizyonunu həyata keçirməkdə nümayiş etdirdi",- deyə o qeyd edib.

Bryus əlavə edib ki, ABŞ-ın hazırkı administrasiyası problemləri “danışıqlar, sammitlər və müzakirələr yolu ilə” həll etməyə sadiqdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər