ABŞ Hindistana avqustun 1-dən qüvvəyə minəcək 25%-lik rüsumlar tətbiq edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında paylaşım edib.
O qeyd edib ki, iki ölkə arasında dostluq münasibətlərinə baxmayaraq, ABŞ Hindistanla nisbətən az ticarət edir.
"Hindistan dost ölkədir, buna baxmayaraq, illərdir onlarla az ticarət etdik. Çünki gömrük tarifləri çox yüksəkdir və bütün ölkələr arasında ən çətin və dəhşətli qeyri-maliyyə ticarət maneələrinə malikdirlər”, - o qeyd edib.
O həmçinin bildirib ki, Hindistan silah ehtiyacının böyük hissəsini Rusiyadan qarşılayır və Çinlə birlikdə Rusiyanın enerji resurslarının ən iri alıcıları arasındadır. Bu səbəblərə görə Hindistan sadəcə tarif yox, eyni zamanda cərimə də ödəyəcək.
“Bununla əlaqədar olaraq, Hindistan avqustun 1-dən etibarən yuxarıda göstərilənlərə görə 25% rüsum və cərimə ödəyəcək”, – ABŞ prezidenti yazıb.