Əsas məzmuna keç

Abdullah Zubirin "Qarabağ"da qalacağı dəqiqləşib

Abdullah Zubirin "Qarabağ"da qalacağı dəqiqləşib

"" Zubirlə yeni müqavilə imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun xidmətinə istinadən xəbər verir ki, təmsilçisi müqaviləsi bir neçə gündən sonra başa çatacaq Mərakeş əsilli fransalı futbolçu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.

32 yaşlı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi "köhlən atlar"da 5 dəfə çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…