Operativ Məlumat Mərkəzi

Zəlzələdən zərərçəkənlərin borcları silindi

1 dəq
Paylaş:
Zəlzələdən zərərçəkənlərin borcları silindi

Türkiyədə zəlzələ nəticəsində ev və iş yerləri ağır və orta dərəcədə görən şəxslərin və qaza olan borcları silinib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Prezidenti Tayyib Ərdoğanın müvafiq qərarı “Resmi Gazete”də yayımlanıb.

Məlumata görə, sözügedən şəxslərin fevralın 6-sına qədər olan borcları silinib və bu borclar ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən qarşılanacaq.

Bununla yanaşı, Adıyaman, Hatay, Kahramanmaraş və Malatyanın bütün ərazisində, Qaziantepin isə İslahiye və Nurdağı bölgələrində elektrik və qazla bağlı fevralın 6-sından sonra yaranan borcların mayın 31-nə qədər dayandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax