Operativ Məlumat Mərkəzi

Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq

2 dəq
Paylaş:
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq

Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz qaydada tanış ola bilər.

Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə yaradılacaq.

Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq.

vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı - ödənişsiz, tələbələr üçün - 1 AZN, üçün - 5 AZN;

Xarici ölkə vətəndaşları üçün: uşaqlar – 6 AZN, böyüklər – 15 AZN

Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti isə ödənişsiz qaydada olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax