Operativ Məlumat Mərkəzi

"Aİ-nin Ermənistandakı missiyasından heç nə gözləmək olmaz"

2 dəq
Paylaş:
"Aİ-nin Ermənistandakı missiyasından heç nə gözləmək olmaz"

mütəmadi olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının mənfi münasibəti və qarşıdurma xarakterindən danışır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu missiyanın anti-, anti-Rusiya, anti-İran məqsədləri də göz qabağındadır. Bundan başqa, NATO ölkələri də bu missiyaya qoşulurlar. Onun məqsədləri bizə aydındır, sabitliyi pozmaq və ondan regionunun xalqlarına qarşı istifadə etmək”, - deyə Zaxarova deyib.

Zaxarova qeyd edib ki, Aİ-nin müşahidə missiyasından -siyasi sabitliyin pozulmasından və Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək lazım deyil.

“Aİ missiyası Cənubi Qafqaz üçün xarici qurumdur və regionun üzləşdiyi bütün aktual problemlər kənar müdaxilə olmadan kollektiv səylərlə həll edilməlidir”, - Zaxarova bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Aİ Ermənistandan təsir yaymaq aləti kimi istifadə edir və müşahidə missiyasının himayəsi altında regionda casusluq fəaliyyəti həyata keçirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax