Əsas məzmuna keç

Zaqatalada minik avtomobilləri toqquşub, maşının biri çaya düşüb

Zaqatalada minik avtomobilləri toqquşub, maşının biri çaya düşüb

Zaqatalada iki minik avtomobili toqquşub, qəzadan sonra maşınlardan biri çaya düşüb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə səhər...

Zaqatalada iki avtomobili toqquşub, qəzadan sonra maşınlardan çaya düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə səhər saatlarında rayonun Zaqatala-Aşağı Tala avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra avtomobillərdən biri idarəetmədən ərazidən axan çaya düşüb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Yuxarı Tala kənd sakini 1983-cü il təvəllüdlü Elçin Tacəddin Məmmədov və Aşağı Tala kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Abdulla oğlu Zamanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı Zaqatala rayon Şöbəsində araşdırma aparılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…