Operativ Məlumat Mərkəzi

Zakir Həsənov: "Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri uğurla başa çatıb"

2 dəq
Paylaş:
Zakir Həsənov: "Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri uğurla başa çatıb"

" və Türkiyənin ortaq hərbi təlimləri şəxsi heyət arasındakı əməkdaşlıq və qardaşlığı daha da inkişaf etdirir".

"Operativ Məlumat Mərkəzi-OMM" “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın general-polkovnik türkiyəli həmkarı Hulusi Akarla birlikdə Konyada keçirilən "Anadolu Qartalı-2023" taktiki-uçuş təlimləri çərçivəsində çıxışı zamanı deyib.

Z.Həsənov bildirib ki, Hərbi Hava Qüvvələrinin pilotları vəzifələrini uğurla başa çatdırıblar: “Qarsda keçirilən “-2023” təlimləri hərbi əməkdaşlığımızın ən parlaq nümunəsidir. "Anadolu Qartalı-2023” təlimlərində Azərbaycan Ordusu 47 nəfərlik şəxsi heyət, 2 hərbi təyyarə, Qarsdakı təlimdə isə 94 nəfərlik şəxsi heyət və 27 nəqliyyat vasitəsi iştirak etdi. Hər iki təlimin uğurla başa çatdırılması münasibətilə şəxsi heyəti təbrik edirəm".

Nazir xatırladıb ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan xalqı qardaş ölkənin kədərini paylaşıb: "Zəlzələ nəticəsində həlak olanlara Allah rəhmət eləsin, onların yaxınlarına başsağlığı verirəm. 44 günlük müharibə zamanı Azərbaycanın yanında olan Türkiyəyə hər cür yardımı göstərmək üçün xalqımız və dövlətimiz zəlzələ zamanı səfərbər oldu. Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələrindən də Türkiyəyə yardıma göndərilənlər var idi".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax