Əsas məzmuna keç

Yunanıstan XİN Türkiyənin təhdidlərini nəzərə alaraq müdafiə haqqını elan edib

Yunanıstan XİN Türkiyənin təhdidlərini nəzərə alaraq müdafiə haqqını elan edib

bu bəyanat Türkiyə rəsmisinin Oniki adaların statusu ilə bağlı açıqlamalarına cavabdır. Türkiyə Yunanıstanı Şərqi Egey dənizindəki adaları uzun müddətdir...

Xarici İşlər Nazirliyi Türkiyədən gələn müharibə təhlükəsinə qarşı ölkənin haqqını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Yunanıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu bəyanat rəsmisinin Oniki adaların statusu ilə bağlı açıqlamalarına cavabdır.

Türkiyə Yunanıstanı Egey dənizindəki adaları uzun müddətdir mövcud olan müqavilələrə zidd olaraq hərbiləşdirməkdə ittiham edərək, adaların suverenliyini şübhə altına alır.

Ərdoğanın müttəfiqi və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Türkiyə parlamentindəki çıxışında hazırda Yunanıstanın bir hissəsi olan 12 adanın türklərdən “oğurlandığını” bildirib.

Baxçalının fikrincə, raketlərin Yunanıstan adalarında yerləşdirilməsi ehtimalı mehriban qonşuluğun əsaslarını sarsıdacaq və Ankara üçün problem yaradacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…