Operativ Məlumat Mərkəzi

Yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılır

2 dəq
Paylaş:
Yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılır

Qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Böyük və Kiçik Qafqazın yüksək ərazilərində bu gündən qarölçmə işlərinə başlanılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif məlumat verib.

O bildirib ki, qarölçmə işləri Xidmətin mütəxəssisləri tərəfindən Böyük Qafqazın , Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, , Xocavənd rayonlarının ərazilərindən axan çayların hövzələrində aparılacaq:

"Qarölçmə işləri 31 marşrut üzrə 4 qrupdan ibarət ekspedisiya tərəfindən həyata keçiriləcək, qar örtüyünün hündürlüyü, çəkisi sıxlığı və sululuğu təyin olunacaq".

A.Verdiyevin sözlərinə görə, qarölçmə işləri mart ayının 7-dən 17-dək davam edəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax