Əsas məzmuna keç

Yol polisi sürücülərə müraciət edib - 18.08.2025

Yol polisi sürücülərə müraciət edib - 18.08.2025

bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib. Müraciətdə deyilir ki, mobil telefondan istifadənin yaratdığı əsas...

"Sükan arxasında telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir. Bu təkcə qayda pozuntusu deyil, həm də və başqalarını bilə-bilə təhlükəyə atmaqdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

Müraciətdə deyilir ki, mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr aşağıdakılardır:

1. Diqqətin yayındırılması – Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər vasitələrini nəzərdən qaçırır.

2. Reaksiyanın ləngiməsi – Telefon sürücünün reaksiyasını 2–3 dəfə gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma endirir.

3. Nəzarətin itməsi – Telefonla məşğul olan sürücü zolaqdan çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir.

"Bir zəng və ya bir mesaj heç vaxt insan həyatından vacib ola bilməz. Sizin məsuliyyətli davranışınız hər kəsin təhlükəsizliyinə təminat verir", - müraciətdə vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…