Operativ Məlumat Mərkəzi

Yol Polisi sürücülərə müraciət edib - 14.01.2026

2 dəq
Paylaş:
Yol Polisi sürücülərə müraciət edib - 14.01.2026
müraciətdə deyilir:"Hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasında güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə...

Daxili İşlər Nazirliyi Baş Dövlət İdarəsi sürücülərə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasında güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.

Bununla əlaqədar yol polisi bir daha bütün iştirakçılarını son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.

Xüsusilə xahiş olunur:

-hava və yol şəraitinə uyğun təhlükəsiz sürət rejiminə riayət edilsin;

-nəqliyyat vasitələri arasında məsafə və yan interval qorunsun;

-manevr zamanı, xüsusilə və sürüşkən yol şəraitində ehtiyatlı davranılsın;

-işıqlandırma cihazlarından düzgün istifadə edilsin.

Eyni zamanda bildiririk ki, belə hava şəraitində piyadalar daha həssas vəziyyətdə olurlar. Sürücülərdən piyada keçidlərinə, dayanacaqlarına və yaşayış məntəqələrinə yaxın ərazilərdə xüsusi diqqət tələb olunur. Yolun su yığılan hissələrindən keçərkən piyadaların üzərinə su sıçratmaq yolverilməzdir və bu cür davranış təhlükə yaradır.

"Yol polisi bütün yol hərəkəti iştirakçılarını qarşılıqlı hörmətə, məsuliyyətə və ehtiyatlılığa çağırır. Qaydalara əməl olunması və diqqətli davranış çətin hava şəraitində yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında vacib amildir", - müraciətdə qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax