Operativ Məlumat Mərkəzi

Yol polisi həftəsonu yollardakı vəziyyətlə bağlı müraciət edib

2 dəq
Paylaş:
Yol polisi həftəsonu yollardakı vəziyyətlə bağlı müraciət edib

Baş Dövlət İdarəsinin həftəsonu yollardakı vəziyyətlə bağlı müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İdarədən məlumat verilib.

Bildirilib ki, həftəsonu əhalinin bölgələrə, bağ massivlərinə, istirahət məkanlarına üz tutması yollarında hərəkət intensivliyini artırır:

"Bununla bağlı yerli və respublika əhəmiyyətli avtomobil yollarında tədbirlər gücləndirilsə də, təəssüf ki, bəzən sürücülər tərəfindən qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən həftəsonu ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax