Operativ Məlumat Mərkəzi

Yataqxanada siqaretə görə yanğın baş verib

2 dəq
Paylaş:
Yataqxanada siqaretə görə yanğın baş verib

Bakıda yataqxanadakı yanğın siqaretdən baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Ramiz küçəsində beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində baş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 18 m² olan birotaqlı mənzilin və eyvanı 12 m² sahədə yanıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax