Operativ Məlumat Mərkəzi

Yaponiyanın Baş naziri 12 ildə ilk dəfə Cənubi Koreyaya səfərə gedib

3 dəq
Paylaş:
Yaponiyanın Baş naziri 12 ildə ilk dəfə Cənubi Koreyaya səfərə gedib

Yaponiyanın Fumio Kişidanın Cənubi Koreyaya rəsmi səfəri başlayıb. Bu, son 12 ildə Yaponiya Baş nazirinin Cənubi Koreyaya ilk səfəridir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fumio Kişidanın lideri ilə həm məhdud, həm geniş tərkində keçiriləcək görüşlərdə , yüksək texnologiyalar sənayesi, elm və texnologiya, humanitar sahələrdə məsələləri müzakirə olunacaq. Təbii ki, tərəflərin danışıqlarının mərkəzində duran mövzulardan biri Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı ikitərəfli, habelə ABŞ də daxil olmaqla üçtərəfli formatda əməkdaşlıq məsələsidir.

Qeyd edək ki, mart ayında Cənubi Koreya Prezidenti Yun Sok Yolun 12 illik fasilədən sonra Yaponiyaya rəsmi səfəri Asiyanın inkişaf etmiş iki qonşu ölkəsi arasında kökü yapon istilası dövrünə (1910-1945-ci illər) gedib çıxan soyuq siyasi münasibətlərin normallaşmasına imkan verib. Belə ki, Koreya tərəfi uzun illərdir Yaponiyadan işğal dövründə məcburi əməyə, habelə cinsi istismara məruz qalmış koreyalılara təzminat ödəməsini tələb edirdi. Tərəflər bu məsələyə dair heç cür razılığa gələ bilmirdilər. Hətta hər iki tərəfin müttəfiqi olan Vaşinqtonun da çağırışları səmərə verməmişdi. Amma Prezident Yun Sok Yol Yaponiyaya yola düşməzdən təxminən iki həftə əvvəl mübahisəni sonlandırmaq barədə planını elan edib. Plana əsasən, zərərçəkənlərə təzminat Koreya şirkətlərinin ianələri əsasında formalaşacaq ictimai fondlardan ödəniləcək. Bu qərara Cənubi Koreyada etiraz edənlər olduğu halda, Yaponiyanın Baş naziri Fumio Kişida Cənubi Koreya hökumətinin planını alqışlayaraq, yapon şirkətlərinin də həmin fonda vəsait köçürə biləcəyini deyib. Prezident Yun Sok Yol administrasiyası müxalifətin və ictimaiyyətin bir qisminin etirazlarına baxmayaraq, Yaponiya ilə siyasi əlaqələrin inkişafında və təhlükəsizlik sahəsində əməkdaşlıqda israrlıdır.

Seulda belə hesab edirlər ki, Şimali Koreyanın nüvə-raket fəaliyyəti və Çinin Asiya-Sakit okean regionunda hərbi ambisiyalarının çoxalması fonunda Cənubi Koreya ilə Yaponiyanın, habelə tərəflərin ABŞ ilə üçtərəfli formatda təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirmələrinə ciddi ehtiyac var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax