Operativ Məlumat Mərkəzi

Yaponiya Rusiya və Çinin sərhəddə birgə hərbi fəaliyyətindən narahatlığını bildirib

2 dəq
Paylaş:
Yaponiya Rusiya və Çinin sərhəddə birgə hərbi fəaliyyətindən narahatlığını bildirib

Federasiyası və Çin Xalq Respublikasının silahlı qüvvələrinin onun sərhədləri yaxınlığında birgə hərəkətlərindən ciddi narahatdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, belə bir qiymətləndirmə Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) dərc olunmuş illik hesabatında yer alıb.

“Çin və Rusiya silahlı qüvvələrinin Yaponiya sərhədləri yaxınlığında birgə hərəkətləri Yaponiyanın təhlükəsizliyi baxımından ciddi narahatlıq yaradır", - məlumatda deyilir.

Qeyd edilib ki, son illər Rusiya və Çin hərbi sahədə əməkdaşlığı gücləndirir, birgə təlimlər keçirir və Yaponiya yaxınlığında bombardmançı təyyarələrin və gəmilərin iştirak etdiyi ərazilərdə patrul edir.

Rusiya dəfələrlə bu cür təlimlərin və patrulların hüququn müddəalarına uyğun olaraq həyata keçirildiyini və xarici dövlətlərin hava məkanının pozulmasına yol vermədiyini dəfələrlə vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax