Sabit enerji təchizatının təmin edilməsinin artan əhəmiyyətini nəzərə alaraq, Yaponiya ilə Azərbaycan arasında iqtisadi sahədə, xüsusən enerji sektorunda əməkdaşlıq getdikcə daha çox aktuallıq qazanır.
“Operativ Məlumat Mərkəzi-OMM” Yaponiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu bu ölkənin xarici işlər nazirinin parlament üzrə müavini Tomoaki Şimada Tokioda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda bəyan edib.
"Mən qeyd etdim ki, biz ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, o cümlədən dostluğun əsası kimi idman və mədəniyyət sahələrində mübadilələrə əsaslanaraq əlaqələrimizin genişlənməsinə töhfə vermək niyyətindəyik", - Şimada bildirib.