Əsas məzmuna keç

"Həyat yoldaşımın başını kəsdilər"

"Həyat yoldaşımın başını kəsdilər"

Rəhilə Hacıyeva əvvəllər Xankəndidə yaşadıqlarını bildirib. O qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayanda məcbur...

Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində şəxs Rəhilə Hacıyeva ifadə verərək 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rəhilə Hacıyeva əvvəllər Xankəndidə yaşadıqlarını bildirib.

O qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayanda məcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər. Xocalı faciəsi zamanı isə silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüblər.

Zərərçəkmiş şəxs yoldaşının döyüşlərdə iştirak etdiyini, ermənilərin onun qətli üçün pul mükafatı ayırdığını bildirib: “Həyat yoldaşımın başını . On yaşlı qızımı ikinci mərtəbədən atdılar, ayağı sındı. Bizə girovluqda çoxlu əzab-əziyyət verdilər”.

Rəhilə Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən Xankəndi sakini Cəlil kişinin hamilə gəlininin qarnının bıçaqla yarılaraq körpəsinin çıxarıldığını da söyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə , müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…