Operativ Məlumat Mərkəzi

Xızıda atasının ölümündə şübhəli bilinən şəxs saxlanılıb

2 dəq
Paylaş:
Xızıda atasının ölümündə şübhəli bilinən şəxs saxlanılıb

Xızıda 58 kişi öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xızı Rayon Şöbəsinə martın 23-də saat 6 radələrində 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı müəyyən olunub.

S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax