Operativ Məlumat Mərkəzi

XİN Türkiyəyə göndərilən humanitar yardımın miqdarını açıqladı

1 dəq
Paylaş:
XİN Türkiyəyə göndərilən humanitar yardımın miqdarını açıqladı

Xarici İşlər Nazirliyi fevralın 6-9-da baş vermiş dəhşətli zəlzələdən sonra Türkiyəyə barədə rəqəmləri açıqlayıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib.

Belə ki, zəlzələ baş verən gündən Türkiyəyə 745 nəfərlik tibbi və xilasedici heyət yola düşüb.

Bununla yanaşı, 1 mobil səhra hospitalı, 479 ədəd çadır, 4 ədəd səhra mətbəxi, 5 generator, 14 380 ədəd zəruri ləvazimatlar, 32 480 isti geyim, 3 min bağlamadan ibarət qida məhsulları qardaş ölkəyə yola salınıb. Türkiyəyə 211 709 ədəd dərman və tibbi ləvazimatlar göndərilib.

Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.

Statistik rəqəmlərə əsasən, 855 min manatlıq maddi yardım edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax