Operativ Məlumat Mərkəzi

XİN: İsrailin saxladığı 36 türk aktivisi bu gün vətənə qaytarılacaq

1 dəq
Paylaş:
XİN: İsrailin saxladığı 36 türk aktivisi bu gün vətənə qaytarılacaq

İsrail qüvvələri tərəfindən sularda keçirilən "Qlobal Sumud Donanması" gəmilərindəki vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndəriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Keçeli məlumat verib.

Keçeli qeyd edib ki, XİN İsrailin beynəlxalq sularda ələ keçirdiyi bu gəmilərdə yer alan ölkə vətəndaşlarının taleyini yaxından izləyir və Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik səyləri davam etdirir.

“Hazırda vətəndaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi üzərində işlər davam edir. Digər vətəndaşların da ən qısa zamanda ölkəyə qayıtması üçün lazımi prosedurlar yerinə yetirilir”, - Keçeli bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax