Əsas məzmuna keç

XİN başçısı İqor Xovayevlə görüşüb

XİN başçısı İqor Xovayevlə görüşüb

bu barədə XİN məlumat yayıb. Görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti,...

14 fevral tarixində naziri Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də post-münaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi üzrə təklifləri irəlilətməsinə baxmayaraq, Ermənistanın prosesə daim maneçilik törətdiyini qeyd edib. Ermənistanın sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqların növbəti raundunu boykot etdiyini xatırladıb.

Laçın yolundan Üçtərəfli Bəyanatla nəzərdə tutulmayan təyinatdan kənar məqsədlər üçün istifadə edilməsi diqqətə çatdırılıb.

Nazir, etirazçıların legitim tələblərinin hələ də yerinə yetirilmədiyini və tərəfinin bu vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə edərək, məsələni yanlış məcraya yönəltdiyini vurğulayıb.

Görüşdə həmçinin regional və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…