Operativ Məlumat Mərkəzi

Xəzər dənizində ekoloji monitorinqlərə başlanılıb

2 dəq
Paylaş:
Xəzər dənizində ekoloji monitorinqlərə başlanılıb

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizinin bölməsində növbəti ekoloji monitorinqlərin aparılması üçün bu gün, aprelin 4-də yenidən dənizə çıxıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Nazirliyindən məlumat verilib. Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirlikləri, Dövlət Neft Şirkəti və Bakı Dəniz Ticarəti Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən aprel ayının 14-dək dənizdə kompleks tədqiqatlar və keçiriləcək:

“Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax