Operativ Məlumat Mərkəzi

DİN: "Sosial şəbəkələrdə metroya dair yayılmış görüntülər Bakıda çəkilməyib"

1 dəq
Paylaş:
DİN: "Sosial şəbəkələrdə metroya dair yayılmış görüntülər Bakıda çəkilməyib"
bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. Onun sözlərinə görə,...

Sosial şəbəkələrdə metroda iki qadının dava etməsi ilə bağlı yayılmış görüntülər Bakıda çəkilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, Metropolitendə Polis Şöbəsində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, görüntülər başqa ölkədə çəkilib.

Xatırladaq ki, videonu sosial şəbəkələrdə paylaşanlar davanın "Bakı Metropoliteni" QSC-nin "Azadlıq prospekti" stansiyasında qeydə alındığını bildirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər