Əsas məzmuna keç

Xankəndidə orta məktəbdən silah və sursatlar aşkarlanıb

Xankəndidə orta məktəbdən silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhərində orta məktəblərin birindən və şəhər ərazisindən tərkibli həblər və silah-sursat aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər aşkar olunaraq götürülüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…