Operativ Məlumat Mərkəzi

Xaçmazda tanışını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

1 dəq
Paylaş:
Xaçmazda tanışını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Oktyabrın 31-də Xaçmaz şəhər sakini, 1961-ci il təvəllüdlü Mafizə Şirinbalayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı fərdi yaşayış evində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, həyata keçirilən kompleks - tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Şahin Əhmədovun oktyabrın 21-də aralarında yaranmış mübahisə zamanı tanışı Mafizə Şirinbalayevanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb, Şahin Əhmədov şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax