Operativ Məlumat Mərkəzi

Xaçmazda narkotikə görə 3 nəfər saxlanıldı

2 dəq
Paylaş:
Xaçmazda narkotikə görə 3 nəfər saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilib.

DİN-in xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, keçirilən əməliyyat- tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Elman Qasımov və Bənövşə Abasova saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və olan heroin aşkar olunaraq götürülüb.

Xaçmaz RPŞ tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Nurlan Məmmədov saxlanılıb. Həmin şəxsdən bükülülərdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də başlanılıb, məhkəmənin qərarı ilə Elman Qasımovun və Nurlan Məmmədovun barələrində həbs qətimkan tədbiri, Bənövşə Abasovanın barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax