Operativ Məlumat Mərkəzi

Vyetnamda daşqınlar nəticəsində azı 90 nəfər ölüb

2 dəq
Paylaş:
Vyetnamda daşqınlar nəticəsində azı 90 nəfər ölüb

Vyetnamın mərkəzində leysan yağışların yaratdığı sürüşmələri nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb, 12 nəfər isə hələ də itkin hesab olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Nazirliyi yanında Anbarların İdarə Edilməsi və Fəlakətlərin Qarşısının Alınması Departamenti məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, bir həftədir davam edən güclü yağışlar ən çox Dak Lak, Khanh Hoa, Gia Lai və Lam Donq əyalətlərinə ziyan vurub. 1100-dən çox ev, məktəb və inzibati bina dağıdılıb və ya zədələnib, təxminən 200 min ev su altında qalıb. Daşqınlar respublika magistrallarının 24 hissəsinə ziyan vuraraq onları su altında qoyub və ölkənin mərkəzi regionu ilə digər bölgələr arasında avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub.

Fəlakət Mərkəzi Vyetnamda böyük iqtisadi ziyan törədib: 80 min hektar əkin sahəsi və 100 min hektardan çox meyvə plantasiyası məhv olub, 3,5 milyon baş mal-qara və quş tələf olub. Rəsmi məlumatlara görə, daşqınların ümumi iqtisadi təsiri 341 milyon dollardan artıqdır.

Hökumət fəlakətin nəticələrinin operativ şəkildə aradan qaldırılması, insanların təhlükəsizliyinin təmin edilməsi və ziyanın minimuma endirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax