Operativ Məlumat Mərkəzi

Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirib

2 dəq
Paylaş:
Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirib

naziri -polkovnik Masallı Rayon Polis Şöbəsində növbəti qəbulu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir əvvəlcə Masallı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran şəhər və rayonlarından qəbula gələn 95 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 18 - i Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 71 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax