Operativ Məlumat Mərkəzi

Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən şəxsə hökm oxunub

2 dəq
Paylaş:
Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Vətəndaşlara qarşı hədə- gəlməkdə və soyğunçuluqda Elgün Ocaqverdiyevə hökm oxunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə o, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi Rayon İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən -axtarış tədbirləri nəticəsində E.Ocaqverdiyev saxlanılaraq həmin polis şöbəsinə gətirilib. Orada üzərinə şəxsi axtarış keçirilən zaman F-1 tipli ǝl qumbarasının aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 180.1 (soyğunçuluq), 182.2.1 (hədə-qorxu ilə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax