Operativ Məlumat Mərkəzi

Vahid Hacıyev: "Qarabağa 2027-ci ilədək 40 mindən çox insanın köçürülməsi nəzərdə tutulur"

1 dəq
Paylaş:
Vahid Hacıyev: "Qarabağa 2027-ci ilədək 40 mindən çox insanın köçürülməsi nəzərdə tutulur"

Azərbaycanın "2022-2026-cı illər Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad ərazilərə 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidentinin Cəbrayıl ,Qubadlı və rayonları üzrə xüsusi nümayəndəsi Vahid Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

V. Hacıyevin sözlərinə görə, azad edilmiş ərazilərdə hazırda infrastruktur layihələri həyata keçirilir.

O əlavə edib ki, tikinti materiallarından istifadə olunmaqla Zəngilan rayonunun Ağalı kəndində 200 fərdi ekoloji ev tikilib: "Ağıllı kənd innovativ texnologiyalar əsasında tikilib. Əhalinin kənddə yaşaması üçün əlverişli şərait yaradılıb. Tikilib istifadəyə verilən 134 evə 600-dən çox vətəndaş köçürülüb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax