Operativ Məlumat Mərkəzi

Ümumqoşun Orduda gənc əsgərlər and içib

2 dəq
Paylaş:
Ümumqoşun Orduda gənc əsgərlər and içib

Respublikasının Dövlət Günündə Əlahiddə Ümumqoşun Orduda əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Gənc Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.

Tədbirdə çıxış edən zabit, əsgər və valideynlər şəxsi heyətə vətənpərvər, yenilməz, mübariz, Vətənə, dövlətə və öz Ali Baş Komandanına sadiq olmağı, əcdadların ənənələrini layiqincə davam etdirməyi arzulayıblar.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov Zəfər və Dövlət Bayrağı Günləri, həmçinin andiçmə mərasimi müasibətilə şəxsi heyəti təbrik edib.

Bildirilib ki, Azərbaycan xalqı bu il Dövlət Bayrağı Gününü tamam başqa əhval-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir. Çünkü xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda, ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanır.

General-mayor Rəhim Cəfərov çıxışının sonunda hərbi andı qəbul edən əsgərlərə xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq şərəfli xidmətlərində uğurlar arzulayıb.

Şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə mərasim başa çatıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax