Operativ Məlumat Mərkəzi

Ukrayna SQ generalı Viktor Xorenko Baxmut şəhərinə gedib

2 dəq
Paylaş:
Ukrayna SQ generalı Viktor Xorenko Baxmut şəhərinə gedib

ordusunun Xüsusi Qüvvələrinin komandiri, briqada generalı Viktor Baxmut şəhərinə səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xüsusi Əməliyyat Qüvvələrinin xidmətinin məlumatında deyilib.

Xorenko qeyd edib ki, Baxmutun müdafiəsində iştirak edən Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bütün bölmələri tapşırıqları dəqiqliklə yerinə yetirirlər: “Hərbçilər olduqca çətin şəraitdə döyüşür və düşmən ordusunun şəxsi heyətinin sayını hər gün azaltmağa çalışırlar".

Komandir onu da qeyd edib ki, Baxmutun müdafiəsinin təşkilində Xüsusi Əməliyyat Qüvvələrinin strukturuna daxil olan bütün bölmələr arasında əlaqə saxlanılması son dərəcə vacibdir: “Hərbçilərin istəkləri vaxtında qarşılansa döyüş meydanında əldə olunan nəticələr maksimum effektiv olacaq”.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax