Operativ Məlumat Mərkəzi

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

2 dəq
Paylaş:
UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

Bu gün futbol üzrə UEFA Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 1-ci turuna yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A, B, C və D Liqaları çərçivəsində son 9 qarşılaşma baş tutub.

Günün əsas oyunlarından biri yığmaları arasında keçirilib. Bundestim doğma meydanda 5 cavabsız qola sevinib. A Liqasındakı digər oyun Niderland ilə Bosniya və Herseqovina yığmaları arasında olub. Yeddi qolluq bu matçda da meydan sahibləri darmadağına seviniblər.

yığması ilk turda Albaniyanı sınağa çəkib və məğlubiyyətə üzülüb. İngiltərə millisi isə İrlandiyanı səfərdə 2 cavabsız qolla üstələyib.

Qonşu Gürcüstan yığması Çexiya millisini doğma meydanda böyük hesabla məğlub edib. da Latviya ilə ev oyununda oxşar hesabla qalib gəlib.

Xatırladaq ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 1-ci turunun qalan oyunları əvvəlki iki gündə keçirilib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur

7 sentyabr

A Liqası, 3-cü qrup

Almaniya – Macarıstan 5:0
Qollar: Füllkruq, 27. Musiala, 58. Virts, 66. Pavloviç, 77. Haverts, 81-pen.

Niderland – Bosniya və Herseqovina 5:2
Qollar: Zirkze, 13. Reynders, 45+2. Qakpo, 56. Veqhorst, 88. X.Simons, 90+2 – Demiroviç, 27. Dzeko, 73.

B Liqası, 1-ci qrup

Gürcüstan – Çexiya 4:1
Qollar: Kvaratsxeliya, 33-pen. Çakvetadze, 53. Mikautadze, 63. Koçoraşvili, 66 – Kalvaç, 80.

Ukrayna – Albaniya 1:2
Qollar: Konoplya, 49 – İsmayli, 54. Asani, 66.

B Liqası, 2-ci qrup

İrlandiya – İngiltərə 0:2
Qollar: Rays, 11. Qriliş, 26.

Yunanıstan – Finlandiya 3:0
Qollar: İoannidis, 24; 76. Kallman, 37-öz qapısına.

C Liqası, 4-cü qrup

Farer adaları – Şimali Makedoniya 1:1
Qollar: Davidsen, 9-pen – Bardi, 49-pen.

Ermənistan – Latviya 4:1
Qollar: Bıçakçıyan, 6. Dubra, 35-öz qapısına. Zelarayan, 48. Spertsyan, 86 – Harutunyan, 9-öz qapısına.

D Liqası, 2-ci qrup

Moldova – Malta 2:0
Qollar: Kaymakov, 32. Nikolaesku, 45+5-pen.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax