Operativ Məlumat Mərkəzi

Ucarda kabellər oğurlayan qohumlar saxlanılıblar

2 dəq
Paylaş:
Ucarda kabellər oğurlayan qohumlar saxlanılıblar

Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi -axtarış tədbirləri nəticəsində rəbitə dirəklərindən ümumi dəyəri 10 000 manata yaxın olan TPP tipli kabel oğurlayan rayon sakinləri Vüsal Fərzəliyev, Nicat və Sənan Cəfərov saxlanılıblar.

Araşdırma zamanı adıçəkilən şəxslərin noyabr-dekabr ayları ərzində Ucar şəhəri və üç kəndi ərazisində olan rabitə dirəklərindən 2400 metrdən artıq kommunikasiya kabellərini kəsdikləri, tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrinə satdıqları və əldə etdiyi pulları öz aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində başlanıb. V.Fərzəliyevin, N.Cəfərovun və S.Cəfərovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax