Əsas məzmuna keç

Üç ölkə taxıl təşəbbüsünün genişləndirilməsi üçün görüşəcək

Üç ölkə taxıl təşəbbüsünün genişləndirilməsi üçün görüşəcək

Türkiyənin Milli Hulusi Akar, Rusiya-Ukrayna müharibəsi səbəbiylə ortaya çıxan "qida böhranı" riskini aradan qaldırmaq üçün Türkiyənin səyləri ilə yaradılan "taxıl dəhlizi"-nin həyata keçirilməsi ilə bağlı suala cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Prezidenti Rəcəb Tayyib Ədoğanın təşəbbüslərindən sonra müddəti uzadılan taxıl təşəbbüsü ilə bağlı suala cavab verən Akar, Moskvada Türkiyə, , Suriya və İranın Müdafiə Nazirləri ilə kəşfiyyat rəhbərləri arasında dördtərəfli görüş çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ikitərəfli görüş keçirdiyini söyləib.

"Danışıqlarımız zamanı taxıl təşəbbüsünü də müzakirə etdik. Mayın 5-də hər iki tərəfin təklifimizi qəbul etməsi nəticəsində Türkiyə, və Rusiya müdafiə nazirlərinin müavinləri İstanbulda görüşməyi planlaşdırırlar. Görüşdə bəzi məsələlər, xüsusilə taxıl təşəbbüsü müzakirə olunacaq. Ümid ki, taxıl müqaviləsi heç bir problem olmadan davam edəcək. Çünki bu saziş regionda sülh və sabitlik, eləcə də ehtiyacı olan ölkələr üçün çox vacibdir. Bu kontekstdə deyə bilərik ki, tərəflər müddətin uzadılmasına həvəslə baxırlar. Biz arzu edirik ki, bu təşəbbüs heç bir problem olmadan davam etdirilsin.”

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…