Operativ Məlumat Mərkəzi

Türkiyəyə yardım heyətləri göndərən ökələrin siyahısı açıqlandı

2 dəq
Paylaş:
Türkiyəyə yardım heyətləri göndərən ökələrin siyahısı açıqlandı

Türkiyənin Xarici İşlər Nazirliyi dağıdıcı zəlzələdən sonra ölkəyə -xilasetmə qrupları və yardım heyətləri dövlətlərin sayını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi - OMM"-in xəbərinə görə, indiyədək 100 ölkə rəsmi Ankaraya yardım təklif edib.

Qeyd olunub ki, hazırda zəlzələ bölgəsində 80 ölkədən axtarış-xilasetmə qrupları çalışır. Ərazidə olan əcnəbi xilasedicilərin sayı isə 9 315 nəfərdir.

Daha 4 ölkədən heyət göndərilməsi gözlənilir. Ümumilikdə isə Türkiyəyə 542 əcnəbi xilasedicinin gəlməsi nəzərdə tutulub.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Zəlzələ nəticəsində Türkiyədə 31 643 nəfər ölüb, 80 278 nəfər yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən kimi tarixə düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax