Operativ Məlumat Mərkəzi

Türkiyədə Milli Risk Qalxanı Modeli yaradılır - Ərdoğan

2 dəq
Paylaş:
Türkiyədə Milli Risk Qalxanı Modeli yaradılır - Ərdoğan

Türkiyədə Milli Risk Modeli yaradılır.

"Operativ Məlumat Mərkəzi-OMM" bildirir ki, bunu Rəcəb Tayyib Böyük Millət Məclisində çıxışı zamanı deyib.

"Şəhərlərimizi zəlzələyə davamlı yerlərə çevirməyi planlaşdırırıq. Bütün gələcək tədqiqatlar bu modelə əlavə olaraq hazırlanacaq və həyata keçiriləcək. , Şəhərsalma və İqlim Dəyişikliyi nazirimiz Murat Kurum Türkiyənin Milli Risk Qalxanının model işinin koordinasiyasını idarə edəcək", - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax