Operativ Məlumat Mərkəzi

Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə beynəlxalq təlim başlayır

1 dəq
Paylaş:
Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə beynəlxalq təlim başlayır

Türkiyədə Azərbaycanın dəniz xüsusi təyinatlılarının iştirak etdiyi “Doğu -2023” təlimləri bu gün başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5 PUA, 20 F-16 təyyarəsi və digər texnikaların cəlb olunması planlaşdırılır.

Noyabrın 25-dək davam edəcək təlimlərdə bir neçə müttəfiq dövlət iştirak edir.

Qeyd edək ki, və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında hərbi planına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax